Daxili İşlər Nazirliyi antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi olduğu qeyd edilib: "Bu döyüşlərdə DİN-in hərbi qulluqçuları və polis əməkdaşları qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıq, cəsarət və fədakarlıqla yerinə yetirdilər. Şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların əzmkarlığı Azərbaycanın Zəfər salnaməsində əbədi yer tutur".