Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun rəhbər heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət edib.
“İki sahil” xəbər verir ki, ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Zəfər abidəsi önünə gül dəstələri düzülüb.