18 sentyabr 2026 21:40
102

Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşüb - FOTO

Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.

“Şəhidlərimizin əziz və nurlu xatirəsini dərin ehtiramla yad etdik. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Masallıda şəhid anaları ilə bir araya gəlib, onlarla səmimi söhbət etmək və xoş anlar paylaşmaq çox dəyərli idi. İsti münasibətə, göstərilən qonaqpərvərliyə və açılan gözəl süfrəyə görə təşəkkür edirik”, - deyə o paylaşımda qeyd edib.