Yeni dövlət standartlarının tətbiqi müəssisələrdə təhlükəli iş şəraitində çalışan işçilərin sağlamlığının və təhlükəsizliyinin etibarlı şəkildə qorunmasına, istehsalat xəsarətləri və peşə risklərinin azaldılmasına xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əməyin təhlükəsizliyi sahəsinə dair 22 yeni dövlət standartı qəbul edilib:
Yeni dövlət standartlarının tətbiqində məqsəd təhlükəli iş mühitində çalışan şəxslərin təhlükəsizliyinin təmin edilməsi, hündürlükdən yıxılma və yağlı səthlərdə sürüşmə risklərinin qarşısının alınması, eləcə də kimyəvi və radioaktiv mühitin, vibrasiya və mexaniki təsirlərin yaratdığı təhlükələrdən qorunmaq üçün fərdi mühafizə vasitələrinə dair vahid tələblərin müəyyən edilməsidir.
Sözügedən dövlət standartları layihələri AZSTAND tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin bazasında təsis edilən “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Fermer 6,8 manat ödəyir, məhsulunu çoxsaylı risklərdən qoruyur – Günəbaxan sığortası
Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı onlayn maarifləndirici seminar keçirilib
“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub
“Metroloji təminatın biznes üçün əhəmiyyəti” mövzusunda maarifləndirici sessiya keçirilib