17 sentyabr 2026 11:25
146

Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır

 

Tarixi-dini abidələrimiz ölkəmizdə zəngin ənənələrə malik olan bir tolerantlıq mühitinin ifadəsidir. Azərbaycanda multikultural dəyərlər, tolerantlıq mühiti tarixən formalaşıb. Qədim dövlətçiliyimizin mahiyyətindən irəli gələn bu ənənələr Azərbaycan dövlətinin, bütövlükdə cəmiyyətinin həyat tərzinə və dövlət siyasətinə çevrilib.

“İki sahil” xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli "Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər" adlı konfransda çıxış edərkən deyib.

"Ölkə ərazisində və kənarda bütün mədəni irs nümunələrinin qorunmasına, onların bərpa və konservasiyasına xüsusi həssaslıqla yanaşılır. Azərbaycan ərazisində yerləşən bütün tarixi-dini abidələr dövlət tərəfindən qorunur və onlara həssaslıqla yanaşılır. Onların bərpası mütəmadi olaraq həyata keçirilir", - deyə nazir qeyd edib.