17 sentyabr 2026 10:07
94

Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib.

“İki sahil”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 399 milyon 207 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun həcmi 2025-ci ilin 8 ayı ilə müqayisədə 300 dəfə, dəyəri isə 510 dəfə çoxdur. Hindistana ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 3,6 % olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 9 milyard 281 milyon 893,55 min ABŞ dolları olan 14 milyon 677 min 951,6 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb.