16 sentyabr 2026 18:51
103

Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb

 

Azərbaycan Respublikasının Auditorlar Palatası (ARAP) ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb.

 “İki sahil” xəbər verir ki, memorandumu Auditorlar Palatasının sədri Vahid Novruzov və Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Samiullah Siddiqui imzalayıblar.

Memorandum sentyabrın 16-da Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində imzalanıb.