16 sentyabr 2026 17:40
109

AZAL Astanada regional biznes sammitlərinə qatılıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 8–10 sentyabrda Qazaxıstanın paytaxtı Astanada keçirilmiş regional biznes sammitlərində iştirak edib.

“İki sahil” xəbər verir ki, məlumata görə, 8 sentyabrda "Xalis Sıfır Enerjiyə Doğru – Mərkəzi Asiya və Xəzər Biznes Sammiti" çərçivəsində aviaşirkət "Mərkəzi Asiyada Aviasiyanın Dekarbonizasiyası: Tənzimləyici Təzyiqlər, İkili Əhəmiyyətlilik və Maliyyə Riskləri" mövzusunda təqdimatla çıxış edib.

10 sentyabrda isə Mərkəzi Asiya və Xəzər regionu üzrə 13-cü Emal və Emal Məhsullarının Satışı Biznes Sammitində AZAL "Səmada Yeni Standart: Regionun Qlobal SAF İstehsal Mərkəzi kimi Mövqeləndirilməsi" mövzusunda sessiyaya moderatorluq edib.

Tədbirdə həmçinin AZAL-ın ESG sahəsində inkişaf yolu və aviasiya ekosistemi üzrə həyata keçirilən praktiki dekarbonizasiya həlləri, eləcə də dayanıqlılıq öhdəliklərinin şirkətin əməliyyatlarına inteqrasiyası istiqamətində görülən işlər təqdim olunub.