AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə səfər çərçivəsində Dünya İqtisadi Forumunun (DİF) prezidenti Alois Zwingginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı nəqliyyat və regional bağlantılarının inkişafı, rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüş çərçivəsində AZCON Holding və Dünya İqtisadi Forumu arasında tərəfdaşlıq haqqında Saziş imzalanıb.
Sazişə əsasən, Holdinq DİF ilə regional bağlantılar, rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığı genişləndirəcək. Tərəfdaşlıq bu istiqamətlərdə beynəlxalq təcrübə mübadiləsi, qabaqcıl yanaşmaların öyrənilməsi və müvafiq qlobal təşəbbüslərdə iştirak üçün yeni imkanlar yaradacaq.
Tərəflər, həmçinin gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən bilik və təcrübə mübadiləsi, beynəlxalq dialoq və birgə təşəbbüslərin inkişafı istiqamətlərində fikir mübadiləsi aparıblar.
AZCON Holding-in icraçı direktoru Şahin Babayev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini ilə görüş keçirib
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir
ADY Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması üzrə müzakirələrdə iştirak edib