Azərbaycan və İsveçrə arasında iqtisadi tərəfdaşlığın inkişafı üçün prioritet istiqamətlərə dair fikir mübadiləsi aparılıb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, İsveçrəyə işgüzar səfəri çərçivəsində bu ölkənin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri, Birgə Komissiyanın həmsədri Andrea Rauber Saxer ilə görüşüb.
"İki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və yeni birgə təşəbbüslərin reallaşdırılmasının iqtisadi tərəfdaşlığımızı daha da möhkəmləndirəcəyini qeyd etdik",- deyə nazir vurğulayıb.
AZCON Holding-in icraçı direktoru Şahin Babayev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini ilə görüş keçirib
AZCON Holding Dünya İqtisadi Forumu ilə rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığı genişləndirir
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir
ADY Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması üzrə müzakirələrdə iştirak edib