15 sentyabr 2026 13:36
121

“Burqundi, yoxsa qatlanan?”: təcavüzkarlar “iPhone 18” fanatizmindən sui-istifadə edirlər

Kaspersky mütəxəssisləri diqqətləri kibercinayətkarlarınyeni iPhone modellərinə olan yüksək tələbatdan sui-istifadəsinə çəkir. Onlar müxtəlif bəhanələrlə guya rəsmiödəniş sistemlərindən və mağazalardan kütləvi saxtaelektron poçtlar göndərərək dünya üzrə istifadəçiləri şəxsiməlumatları və pullarını ələ keçirməyə çalışırlar. 

 

Saxta öncədən sifarişlər. Kaspersky mütəxəssislərirəsmi “Apple Store” mağazasından öncədən sifarişi təsdiqedən saxta elektron məktublar aşkar ediblər. Məktublardaqeyd olunur ki, istifadəçi artıq “iPhone 18 Ultra Pro”nuöncədən sifariş edib və 1000 dollardan yuxarı dəyərdəkriptovalyuta iə ödənişi edib. "Səhv" tranzaksiyanı aradanqaldırmaq üçün e-poçtda istifadəçidən "Apple dəstəkxidməti"inə zəng etmək xahiş olunur. Amma, əgər bu zəngedilərsə, fırıldaqçılar həmin zəng müddətində istifadəçininmüxtəlif xidmətlərdən bank hesablarına qədərməlumatlarına daxil olmağa və ya onları müəyyənhərəkətləri etməyə inandırmağa cəhd edə bilərlər.

 

Guya beynəlxalq ödəniş sisteminin təhlükəsizlikxidmətindən göndərilən elektron məktublar da aşkar edilib- server naməlum cihazdan istifadəçinin hesabına Apple “iPhone 18 Pro”nun öncədən sifarişi üçün 900 dollardançox məbləğdə köçürmə tələb edən icazəsiz girişaşkarlayıb. Alışı ləğv etmək üçün alıcıdan əslindəfırıldaqçılara məxsus müştəri dəstək nömrəsinə zəngetməsi istənilib.

 

Hansı rəngdə iPhone olsun? Arzuladığınız “iPhone 18 Pro” rəngi satışa çıxarılmazdan əvvəl onu sifariş etməyitəklif edən və satışa çıxarıldığı gün çatdırılmasını vədverən e-poçtlar da aşkar edilib. İstifadəçilər bu cürməktublardakı linkə klikləsələr, fırıldaqçılığın qurbanıolmaq riski ilə üzləşirlər.

 

"Xatırladırıq ki, hətta inandırıcı görünsə belə, istənilən e-poçta qarşı ehtiyatla yanaşmaq və şübhəli mesajlardagöstərilən telefon nömrələrinə heç bir halda zəngetməmək lazımdır. Dəstək xidməti ilə əlaqə saxlamaqlazımdırsa, nömrəni rəsmi veb-saytda özünüz tapın. Həmçinin naməlum göndərənlərdən gələn e-poçtlardakılinklərlə ehtiyatlı olmalı və şübhəli veb-saytlara girişməlumatlarınızı və ödəniş məlumatlarınızı daxil etməkdənçəkinməlisiniz", - deyə Kaspersky-nin baş spam analitikiAnna Lazaryeva bildirib.

 

"Təcavüzkarlar hər zaman müxtəlif mövzular ətrafındakıajiotajdan sui-istifadə edirlər və yeni “iPhone”larıntəqdimatı kimi hər bir böyük təqdimat onlara istifadəçilərialdatmaq üçün yeni imkanlar açır. Digər ölkələrin sakinləri, o cümlədən bu smartfon seriyasının Azərbaycandakıpərəstişkarları da oxşar tələlərlə qarşılaşa bilərlər. Təhlükəsizlik sadə bir qayda ilə başlayır: şübhənyarandıqda dayan və rəsmi kanallar vasitəsilə təkraryoxla. İstifadəçi səhv etməyə vadar edilməzdən əvvəlcihazlarınıza fişinq saytlarına girişi bloklayacaq etibarlıtəhlükəsizlik həlli quraşdırmağın da ziyanı yoxdur", - deyəKaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsiMüşviq Məmmədov qeyd edir.

 

Bu cür hücumlardan qorunmaq üçün Kaspersky mütəxəssisləri istifadəçilərə tövsiyə edirlər:

 

• yalnız göstərilən adı deyil, göndərənin ünvanını dayoxlayın;

 

• şübhəli mesajlardakı linklərə klikləməyin və ya fayllarıyükləməyin;

 

• şübhəli veb-saytlarda hesab məlumatlarınızı daxiletməyin və ya ödəniş etməyin;

 

• rəsmi resurslarda gözlənilməz e-poçtun göndəricisininəlaqə məlumatlarını axtarın və mesajın həqiqətəngöndərilib-göndərilmədiyini yoxlayın;

 

• istifadə olunan bütün cihazlara Kaspersky Standardkimi təhlükəsizlik həlli quraşdırın ki, fişinq və saxtaveb-saytlara girişin qarşısını almaq imkanı əldəedəsiniz.