Diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Kəlbəcərə səfərləri çərçivəsində “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar.
“İki sahil” xəbər verir ki, 58 ölkədən və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər diplomata “İstisu” mineral su zavodu barədə məlumat verilib. Qeyd olunub ki, Kəlbəcərin Dəlidağ ərazisində, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yerləşən “İstisu” mənbəyindən çıxan suyun temperaturu 60 dərəcədən yüksəkdir. Tərkibinə görə gündəlik istifadə üçün yararlı təbii qazlı mineral su hesab olunan “İstisu” zəngin və balanslaşdırılmış mineral tərkibi ilə seçilir.
Mütəxəssislərin rəyinə əsasən, unikal təbii şəraitdə formalaşan su insan orqanizmi üçün faydalı xüsusiyyətlərə malikdir. Balneologiya sahəsində ixtisaslaşmış xarici təşkilatlar tərəfindən də suyun keyfiyyət göstəriciləri yüksək qiymətləndirilib.
Diplomat Azərbaycanın regionda həyata keçirdiyi bərpa işlərinin sürətlə getdiyini bildirib
Azərbaycan və Türkiyənin diaspor qurumları aarsında növbəti Anlaşma Memorandumu imzalanıb
Belarus səfiri: “Böyük Qayıdış” Proqramının real və əyani şəkildə həyata keçirilməsini böyük heyranlıqla müşahidə edirəm
Belarus 2027-ci ildə Azərbaycanla birgə Qarabağda aqroşəhərcik tikintisini başlamağı planlaşdırır
Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər