11 sentyabr 2026 22:46
108

C. Yılmaz Türkiyənin beynəlxalq arenada mühüm aktora çevrildiyini deyib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin inkişaf hədəflərinə mane olan terror problemini daimi şəkildə gündəmdən çıxarmaq istədiklərini bildirib.

“İki sahil”  "Anadolu Ajansı"na istinadən xəbər verir ki, vitse-prezident bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) toplantısındakı çıxışında deyib.

C. Yılmaz Türkiyənin beynəlxalq arenada mühüm aktora çevrildiyini deyib. Onun sözlərinə görə, Türkiyə sülh və diplomatiya tərəfdarı olan, münaqişələrin həllində vasitəçilik edən ölkədir. "Qarabağdakı uğura, Liviyadakı prosesə, Qətər və Somalidə baş verənlərə, yaxın zamanda Suriyada yaşananlara baxın. Bütün bunlarda Türkiyənin rolunu görürsünüz", - o əlavə edib.