Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri 500 minə yaxın Rusiya hərbçisi həlak olub, yaralılar da nəzərə alınmaqla ümumi itkilərin sayı isə 1,5 milyon nəfərə çatıb.
“İki sahil” bildirir ki, bu barədə “Sky News“ Britaniya hərbi kəşfiyyatının məlumatlarına istinadən xəbər verir.
Britaniya tərəfinin qiymətləndirməsinə görə, Rusiya ordusu bu itkilərin böyük əksəriyyətini 2023-cü ilin yanvarından sonra verib. Eyni dövrdə Rusiya qüvvələrinin Ukrayna ərazisinin əlavə 2%-ni nəzarətə götürdüyü bildirilir. Böyük Britaniya Müdafiə Qərargahının rəisi, aviasiya marşalı Riçard Nayton bildirib ki, bu rəqəmlər əldə olunan ərazi irəliləyişi ilə müqayisədə insan itkilərinin miqyasını göstərir. “Yarım milyon ölən o deməkdir ki, Rusiya boyunca eyni sayda ailə bir daha öz valideynlərini, oğullarını, qardaşlarını və həyat yoldaşlarını görməyəcək”, – Nayton bildirib.
Rusiya tərəfi Britaniya kəşfiyyatının açıqladığı bu rəqəmləri təsdiqləməyib.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb