Azərbaycanla Türkiyənin enerji tərəfdaşlığı dövlətlərimiz arasında strateji tərəfdaşlığın ayrılmaz mühüm tərkib hissəsidir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, hərtərəfli xarakterə malik enerji tərəfdaşlığı Azərbaycanla Türkiyənin iqtisadi maraqlarına, enerji təhlükəsizliyinin təmin edilməsinə və ümumilikdə bölgədə sabitliyin gücləndirilməsinə xidmət edir: "Türk-Azərbaycan V Enerji Forumunda iştirak etməkdən böyük məmnunluq duyuram. Ənənəvi olaraq keçirilən bu forum artıq illərdir ki, enerji sahəsində birgə fəaliyyətlərin, əldə edilən uğurların təqdimatı və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün əhəmiyyətli platformaya çevrilib".
SOCAR və TPAO Azərbaycan, Türkiyə və üçüncü ölkələrdə yeni enerji layihələri üzərində işləyir - Alparslan Bayraktar
Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub