07 sentyabr 2026 20:09
98

İsrail Livanda əməliyyatları davam etdirir

İsrailin Livanın cənubunda son 3 gün ərzində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ümumilikdə 27 nəfər ölüb, 69-u yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, sentyabrın 7-də həyata keçirilən hərbi əməliyyatlar nəticəsində 12 nəfər ölüb, 10-u yaralanıb. Nazirlik ölən və yaralananların sayının arta biləcəyini istisna etməyib.

İsrail tərəfi isə Livanın cənubunda mövqe tutan Hizbullah qüvvələrinə qarşı əməliyyatların keçirildiyini bildirir.