Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində səyyar qəbullar ardıcıl şəkildə davam etdirilir.
Növbəti səyyar qəbul Topçu kəndində təşkil olunub. Qəbul zamanı kənd sakinlərinin müraciət, təklif və onları narahat edən məsələlər dinlənilib, qaldırılan problemlərin operativ həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək icrası təmin olunması üçün qeydiyyata alınıb.
Səyyar qəbullar vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi, onların müraciətlərinin yerində araşdırılması və mövcud problemlərin çevik həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin sentyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Emin Əmrullayev: Dil bilikləri ilə oxu savadlılığı fərqli sahələrdir, bunları qarışdırmaq olmaz
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib