07 sentyabr 2026 13:59
98

İpoteka və Kredit Zəmanət Fondunun sədri dəyişdi - SƏRƏNCAM

Fəxri Xanhüseyn oğlu Kazımov İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, F.Kazımov 2017-ci il dekabrın 25-də Azərbaycan Prezidentinin Sərəncamı ilə İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdu.