Meşə yanğınlarının genişlənməsi, şəhərlərdə istiliyin artması, daşqınlar, sürüşmələrin intensivləşməsi, dağ buzlaqlarının əriməsi planetdə gedən proseslərin bir-biri ilə əlaqəli olduğunu göstərir.
“İki sahil” xəbər verir ki, bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-nın (BCAW2026) açılış mərasimində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov söyləyib.
Bu hadisələrin hər birinin ayrıca təbii səbəbi olduğunu diqqətə çatdıran komitə sədri deyib: “Lakin onları qlobal miqyasda, uzunmüddətli dinamika daxilində nəzərdən keçirdikdə daha böyük mənzərə ortaya çıxır. Yerin iqlim sistemi dəyişir. Bu dəyişmədə insan fəaliyyətinin yaratdığı antropogen təsirlər mühüm rol oynayır”.
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Vergi sistemində süni intellekdən istifadə çoxsaylı yeniliklər və üstünlüklər vəd edir