Misli Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib. Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Qərb təmsilçisinin heyətində 20-ci dəqiqədə Jo Batista, 60-cı dəqiqədə Jorje Silva fərqlənib. Qonaqların qolunu 9-cu dəqiqədə Ronaldo Vaskez vurub. Xallarının sayını 7-yə çatdıran "Turan Tovuz" 4-cü pilləyə yüksəlib. "Kimyaçılar" sıfır xalla sonuncu-12-ci sırada qalıb.
Günün ikinci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Xatırladaq ki, turun əvvəlki matçlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" "Kəpəz"i (4:1), "Sabah" "Zirə"ni (5:0), "Neftçi" "Şəfa"nı (4:1) məğlub edib.
Canni İnfantino 2027-ci ilin mart seçkilərində yenidən namizədliyini irəli sürəcək
Viktor Osimhen və Mario Lemina üç həftə yaşıl meydanlardan kənarda qalacaqlar