06 sentyabr 2026 13:07
109

Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb

Hazırda Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb.

“İki sahil” xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Kral III Msvatiyə ünvanlandığı təbrik məktubunda yer alıb.

Kral III Msvatinin cari ilin may ayında WUF13-də iştirak etmək üçün Bakıya səfərinin Azərbaycan-Esvatini əlaqələrinin tarixində xüsusi yer tutduğunu vurğulayan dövlətimizin başçısı, həmçinin əlavə edib: “İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.