04 sentyabr 2026 20:30
169

Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir

Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq uğurla inkişaf edir. “Azərpoçt” Tacikistanın bir sıra şirkətlərinə poçt xidmətləri göstərir.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tacikistanın Dövlət Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, nəqliyyat sahəsində əməkdaşlığın göstəricilərindən biri də yükdaşımaların artmasıdır.

"Azərbaycan ilə Tacikistan arasında mədəni və turizm əlaqələri də uğurla inkişaf edir. 2024-cü ildə Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, 2025-ci ildə isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. Ötən il Tacikistandan Azərbaycana gələn turistlərin sayı iki dəfədən çox artıb. Eyni tendensiya cari ildə də müşahidə olunur. Turizm əlaqələrinin genişlənməsində birbaşa hava reyslərinin də mühüm rolu var.

Hazırda Azərbaycan Hava Yolları tərəfindən Bakı ilə Düşənbə arasında həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirilir”, – deyə Rəşad Nəbiyev qeyd edib.