04 sentyabr 2026 12:16
128

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını 18 % artırıb

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 7,3 milyondan çox sərnişin daşıyıb.

"İki sahil" bu barədə ADY-yə istinadən xəbər verir.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (+17 %), rayonlararası marşrutlarla 396 min (+15 %), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.

Bu ilin avqust ayında isə ümumi sərnişindaşımada (913 mindən çox) 24 % artım qeydə alınıb.