03 sentyabr 2026 17:23
48

Nepalda 7 sentyabr matəm günü elan edib

Nepal hökuməti Rasuva rayonundakı Bxote-Koşi çayında baş verən daşqın nəticəsində həlak olanların xatirəsinə sentyabrın 7-ni milli matəm günü elan edib.  Bu qərar Nazirlər Kabinetinin iclasında qəbul olunub.

“İki sahil” xəbər verir ki,  bua barədə məlumat verən "The Himalayan" qəzeti xəbər verir ki, matəm günündə bütün Nepal üzrə dövlət müəssisələrində, habelə xaricdəki diplomatik nümayəndəliklərdə və missiyalarda dövlət bayraqları endiriləcək.

Hökumət həmçinin axtarış-xilasetmə əməliyyatlarında iştirak edən təhlükəsizlik xidmətinin əməkdaşlarına və dövlət qulluqçularına yüksək risk şəraitində işlədiklərinə görə əlavələrin ödənilməsi və qida xərclərinin kompensasiya edilməsi barədə qərar qəbul edib. Zərərçəkənlər pulsuz müalicə alacaq, əməliyyatlar zamanı həlak olan əməkdaşların ailələrinə isə pul ödənişləri ediləcək.

Avqustun 26-da Nepalın şimalında güclü daşqın baş verib. Təbii fəlakətə Çinlə sərhəddə, "Rasuvaqadxi" sərhəd keçidindən təxminən 20 km şimal-şərqdə uçqunun baş verməsi səbəb olub. Dağ süxurları axını böyük sürətlə çay yatağı boyunca 70 km-dən çox məsafə qət edərək yaşayış məntəqələrini dağıdıb və böyük ərazini su altında qoyub. Son məlumatlara görə, daşqın nəticəsində 1 252 nəfər həlak olub, 4 875 nəfər isə itkin düşmüş hesab olunur.