03 sentyabr 2026 14:31
57

CNN: ABŞ sutka ərzində Hörmüz boğazından rekord sayda gəmi keçirib

ABŞ hərbçiləri Hörmüz boğazından 18 milyon barel neft daşıyan 40 gəmini müşayiət edib.

“İki sahil” xəbər verir ki,  bu barədə CNN telekanalı məlumat yayıb.

Bu, münaqişə başlanandan bəri ən yüksək gündəlik göstəricidir.

Müşayiət əməliyyatı zamanı ABŞ Silahlı Qüvvələri verdikləri məlumata görə, gəmiəleyhinə qanadlı raketləri vurub, pilotsuz uçuş aparatlarının hücumlarını dəf ediblər.

Keçirilən əməliyyatın uğurlu olmasına baxmayaraq, telekanalın məlumatına görə, rəsmi şəxslər münaqişənin tezliklə həll olunacağına dair xəyallara qapılmırlar, enerji şirkətləri isə hətta hərbi müşayiət olduqda belə gəmilərin boğazdan göndərilməsi ilə bağlı böyük risklərdən ehtiyatlanmaqda davam edirlər.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin daha əvvəl bildirdiyinə görə, ABŞ hərbçiləri son bir neçə ay ərzində təxminən 1,5 min ticarət gəmisinin Hörmüz boğazından keçməsinə köməklik göstəriblər. O dəqiqləşdirib ki, bu gəmilər dünya enerji bazarları üçün nəzərdə tutulmuş təxminən 750 milyon barel neft daşıyıblar.