03 sentyabr 2026 10:36
163

“ABB Davr layihəsi Azərbaycanın maliyyə brendinin, texnologiyasının, bankçılıq təcrübəsinin daha geniş coğrafiyaya çıxışıdır”

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovla müsahibə

-Avqustun 23-də Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə ABB Davr layihəsinə rəsmi start verildi. İndi çoxlarını maraqlandıran əsas sual budur ki, ABB Davr brendi altında fəaliyyət nəvaxt başlanacaq?

-Bəli, avqustun 23-ü bizim üçün tarixi gün oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənabŞavkat Mirziyoyevin iştirakı ilə ABB Davr layihəsinərəsmi start verildi. Azərbaycan Prezidenti bu hadisəniaparıcı Azərbaycan bankının Özbəkistan bazarına daxilolması kimi qiymətləndirdi. Bu, bizim üçün həm böyükqürur, həm də böyük məsuliyyətdir.

Bu layihəyə göstərdikləri yüksək dəstəyə görəAzərbaycan və Özbəkistan prezidentlərinətəşəkkürümüzü bildiririk. Eyni zamanda, layihənin bumərhələyə gəlib çatmasında bizə dəstək olmuş hər ikiölkənin Mərkəzi Banklarına, eləcə də aidiyyəti dövlətqurumlarına – Azərbaycan Respublikasının İqtisadiyyatNazirliyinə, Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinə, Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinə təşəkküredirik.

Layihənin rəsmi startından əvvəl tələb edilənbütün rəsmi icazələr alınıb və səhmlərin alqı-satqımüqaviləsi artıq imzalanıb. Növbəti mərhələdəqanunvericiliyə və müqavilədə nəzərdə tutulmuşprosedurlara uyğun olaraq səhmlərin hüquqi transferi və səhmdarlar reyestrində müvafiq dəyişikliklərin edilməsinəzərdə tutulur. Bu proses tamamlandıqdan sonraABB Davr Bankın əsas səhmdarı olacaq. Bu prosesində qarşıdakı 7-10 gün ərzində yekunlaşmasınıgözləyirik.

ABB Davr brendi altında fəaliyyət isə bankınadının dəyişdirilməsi ilə bağlı rəsmi prosedurlartamamlandıqdan dərhal sonra başlanacaq. Düşünürəm ki, təxminən oktyabrda artıq ABB Davrbrendini görəcəyik.

-Brend dəyişikliyi necə baş verəcək?

-İlk növbədə, korporativ kommunikasiya və rəqəmsal kanallardan başlayacağıq. Filiallar, ATM-lər, kartlar və digər fiziki müştəri təmas nöqtələrinin ABB Davr brendinə keçidi isə mərhələli şəkildə aparılacaq. Bu, bizim keçid planımızda da mərhələli proses kiminəzərdə tutulub. Çünki əsas məsələ sadəcə adı və lövhəni dəyişmək yox, ABB brendinin arxasındadayanan xidmət keyfiyyətini, texnologiyanı, innovasiyaları və institusional təcrübəni də Özbəkistanagətirməkdir.

-Əsas prioritetləriniz nələr olacaq?

-İlk mərhələdə məqsədimiz Davr Bankın fəaliyyətindəki mövcud güclü tərəfləri qorumaq və eyni zamanda gələcək inkişaf üçün möhkəm baza yaratmaqdır. Daha sonra ABB-nin korporativ idarəetmə, rəqəmsallaşma, süni intellekt, risk idarəetməsi və müştəri təcrübəsi sahəsində topladığı təcrübəni mərhələli şəkildəABB Davr-da tətbiq edəcəyik.

Burada qısa müddətdə nəticə verə biləcək təşəbbüslərə də xüsusi diqqət ayıracağıq. Azərbaycanda artıq özünü doğrultmuş bəzi rəqəmsal və süni intellekt həllərimizi yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdıraraq qısa müddətdə ABB Davr-da tətbiq etmək imkanları var.

-Özbəkistan bazarına daxil olmaq üçün niyə məhz Davr Bankı seçdiniz?

-Biz üzərində daha böyük dəyər yarada biləcəyimiz bir bank, platforma axtarırdıq. Bu axtarışlarımız zamanı Davr Bankın tarixini, fəaliyyətini, xidmət və məhsullarını, tərəfdaşlıq münasibətlərini, xarici əlaqələrini də diqqətlə nəzərdən keçirdik. Bankın fəaliyyətindəki bir çox meyarların, o cümlədən dinamikliyinin, xarici əlaqələrinin, xidmət şəbəkəsinin, müştəri seqmentinin, sağlam və sürətli inkişafının uyğun olması qənaətinə gəldik. 

Bu gün Davr Bankın 2 milyondan çox müştərisi, 1,800-dən çox əməkdaşı, paytaxt və regionlarda 43 filial və xidmət mərkəzi var. Aktivlərinin həcmi 2 milyard manatdan çoxdur. Bank kiçik və orta biznesin maliyyələşdirilməsində fəal mövqeyə malikdir.

Bizim üçün yalnız rəqəmlər yox, tərəfdaşlıq yanaşması da vacib idi. Davr Bank-da həm baza, həm biznes model, həm güclü komanda, həm də bizimlə eyni istiqamətə baxıb, eyni vizyonu bölüşən tərəfdaş gördük.Mövcud səhmdar və komanda ilə bankın gələcəyi, onun hansı istiqamətdə inkişaf etməli olduğu barədə baxışlarımız böyük ölçüdə üst-üstə düşürdü. Biz Davr Bankın yerli bazar təcrübəsini, komandasını və mövcud güclü tərəflərini ABB-nin kapitalı, texnologiyası və institusional təcrübəsi ilə birləşdirmək istəyirik.

-ABB Davr necə bir bank olacaq?

-Ambisiyamız aydındır. Biz Özbəkistanın aparıcıözəl banklarından birini qurmaq – güclü, müasir və dayanıqlı maliyyə institutu yaratmaq istəyirik.

ABB Davr universal bank olacaq, həm fərdi, həmkiçik və orta biznes, həm də korporativ müştərilərəxidmət göstərəcək. Xüsusilə kiçik və orta bizneslərlə iş, rəqəmsal bankçılıq, ödənişlər, sənədli əməliyyatlar və korporativ maliyyələşdirmə istiqamətlərində böyükpotensial görürük. Eyni zamanda, Azərbaycanda uğurlaformalaşdırdığımız “Beyond banking” təcrübəsini dəzamanla Özbəkistan bazarına uyğunlaşdırmaq istəyirik.

Burada çox vacib bir məqamı da diqqətə çatdırım. Biz ABB-nin Azərbaycandakı modelini olduğu kimiÖzbəkistana köçürmək niyyətində deyilik. Bankçılıqlokaldır. Özbəkistan bazarı da böyük, dinamik və özünəməxsus xüsusiyyətləri olan bazardır. Bütün bunlarınəzərə alıb məhsul və xidmətlərimizi yerli müştərininehtiyaclarına, davranışlarına, bazarın xüsusiyyətlərinəuyğunlaşdıracağıq. Bu baxımdan, Özbəkistanmüştərisinin ehtiyacları, bazarın xüsusiyyətləri, yerlikomandanın bilik və təcrübəsi bizim üçün əsasdır. ABB-nin texnologiyasını və təcrübəsini bu lokal bilik və təcrübə ilə birləşdirəcəyik. 

-Azərbaycan və Özbəkistan iqtisadi əlaqələrinəhansı töhfələri verəcəksiniz?

-Özbəkistanda 470-dən çox Azərbaycan kapitallımüəssisə, Azərbaycanda isə 130-dan çox Özbəkistankapitallı müəssisə qeydiyyatdan keçib. Bu rəqəmlər özüiki ölkə arasında artıq ciddi biznes ekosistemininformalaşdığını göstərir. İki ölkə arasında ticarət və qarşılıqlı investisiyalar artdıqca, bu bizneslərin maliyyəxidmətlərinə ehtiyacı da genişlənir.

ABB Davr bu ekosistem üçün maliyyə körpüsürolunu oynaya bilər. Hesablaşmalar, ticarətinmaliyyələşdirilməsi, sənədli əməliyyatlar, eləcə də yenibiznes və investisiya layihələrinin maliyyələşdirilməsibaxımından bu, əlavə imkanlar deməkdir.

İlk növbədə isə ABB Davr Özbəkistan bazarına və Özbəkistan müştərisinə xidmət edən yerli bankolacaq. Ölkənin iqtisadi inkişafına, sahibkarlığa,xüsusilə kiçik və orta bizneslərin inkişafına real töhfələrverməyə çalışacağıq.

-ABB üçün bu layihənin strateji əhəmiyyətinədir?

-Bu, ABB-nin 2026–2028-ci illər üzrə inkişaf strategiyasında nəzərdə tutulmuş coğrafi genişlənməhədəfinə doğru ilk böyük addımıdır. Bizim üçünxüsusi əhəmiyyət daşıyır ki, bu addımı məhz qardaşÖzbəkistandan başlayırıq.

ABB Maliyyə Qrupu olaraq artıq 5.5 milyona yaxınmüştəriyə xidmət göstərəcəyik, artıq 10 milyon yox, 50 milyona yaxın müştəriyə xitab edəcəyik. Ammamən bu layihənin əhəmiyyətini yalnız rəqəmlərləölçməzdim. Biz Özbəkistana yalnız kapital aparmırıq, Azərbaycanda son illərdə formalaşdırdığımız bilik, təcrübə və həlləri də ixrac edirik. Rəqəmsal həllərimizi, süni intellekt modellərimizi, risk və korporativ idarəetməyanaşmalarımızı, “Beyond banking” sahəsindəyaratdığımız imkanları daha böyük miqyasda tətbiqetmək fürsəti qazanırıq.

Bunun başqa bir strateji üstünlüyü miqyaseffektidir. Daha böyük müştəri bazası bizətexnologiyaya və süni intellektə daha böyükinvestisiyalar etməyə imkan verəcək. Sabah yaratdığımızhər hansı bir rəqəmsal həll və ya süni intellekt modeliartıq  Azərbaycandan daha geniş coğrafiyada milyonlarlamüştəri üçün dəyər yaradacaq.

Burada çox vacib bir məqam da var. Bu layihəDavr Bankla yanaşı, ABB-nin özünü də dəyişəcək. Biz ilk dəfə olaraq Azərbaycanda qurduğumuz bankçılıqmodelini daha böyük coğrafiyada tətbiq edəcəyik, yenikompetensiyalar qazanacağıq və regional maliyyə qrupukimi fəaliyyət göstərməyi öyrənəcəyik.

Bu, baxımdan ABB Davr layihəsi Azərbaycanmaliyyə brendinin, texnologiyasının, bankçılıqtəcrübəsinin daha geniş coğrafiyaya çıxışıdır.