PAŞA Bank 2 sentyabr 2026-cı il tarixindən etibarən yeni bizneshesabı açan sahibkarlar üçün “Xoş gəldin” tarif paketləriniistifadəyə verib. Paketlər sərfəli tariflər və yüksək dövriyyəlimitləri təklif edir.
Müştərilər dövriyyə həcmi və biznes ehtiyaclarına uyğun olaraqüç paketdən birini seçə bilərlər. Paketlərin aylıq qiymətimüvafiq olaraq 25, 85 və 165 manatdır. Paketlərə ölkədaxili vəbeynəlxalq köçürmələr, əməkhaqqı ödənişləri, valyutamübadiləsi, hesaba mədaxil və hesabdan məxaric əməliyyatlarıüzrə xüsusi tariflər daxildir. Sahibkarlar, həmçinin bankınseçilmiş ödənişli məhsul və xidmətlərindən pulsuz istifadə edəbilərlər.
Paketlərin əlavə üstünlükləri sırasında satış, biznesin idarəedilməsi, strategiya, insan resursları, vergi, mühasibatlıq vəmaliyyə sahələri üzrə ödənişsiz konsultasiyalar, eləcə də tərəfdaşşirkətlərin təqdim etdiyi 30 %-dək endirimlər yer alır.
Yeni biznes hesabı açan sahibkarlar hesabın açıldığı tarixdənetibarən 6 ay ərzində paketlərdən birini seçə bilərlər. Seçilmişpaket aylıq əsasda təqdim olunur və hər ay avtomatik yenilənir.
Yeni tarif paketləri sahibkarların bank xərclərinioptimallaşdırmaq və bizneslərinin inkişafı üçün ehtiyacduyduqları xidmətləri bir paket daxilində təqdim etməyihədəfləyir. Tarif paketləri haqqında ətraflı məlumat almaq vəsifariş etmək üçün linkə keçid edin.
Qeyd edək ki, PAŞA Bank sahibkarların real ehtiyaclarına uyğunməhsul və xidmət portfelini inkişaf etdirməyə davam edir. Bank korporativ, kiçik və orta bizneslər üçün investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin idarə olunmasıistiqamətlərində geniş xidmət portfeli təqdim edir. PAŞA Bank International Investor Magazine tərəfindən 2026-cı il üzrə“Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” seçilib. Bank son illərdə Euromoney, Global Finance vəStevie Awards tərəfindən də bir sıra nüfuzlu beynəlxalqmükafatlara layiq görülüb.
2026-cı ilin ilk 7 ayında 10 minə yaxın avadanlığın mülki dövriyyəsinə xüsusi icazə verilib