Expressbankın Müştəri xidmətləri və Maliyyə departamentlərinədirektorlar təyin olunub.
Belə ki, daha öncə Expressbankın Yasamal filialının müdirivəzifəsində çalışan Adil Kamilov Müştəri xidmətləridepartamentinin direktoru vəzifəsinə təyin olunub. BankınMaliyyə departamentinin direktoru vəzifəsinə isə Emil Hüseynli təyin edilib.
Adil Kamilov Azərbaycan Dövlət Aqrar Universitetindəİstehsalın və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarəedilməsiixtisası üzrə bakalavr və magistr təhsili alıb. Peşəkar fəaliyyətinə2007-ci ildən etibarən bank-maliyyə sahəsində başlayıb. 2008-ci ildən Unibank ASC-də müxtəlif vəzifələrdə çalışaraq filial müdiri vəzifəsinə yüksəlib və 2009 –2015-ci illərdə bu vəzifədəfəaliyyət göstərib. 2015-ci ildən etibarən isə “Expressbank” ASC-də filial müdiri olaraq çalışmağa başlayıb. Bankdakıfəaliyyəti ərzində Elmlər Akademiyası və Yasamal filiallarınınmüdiri olaraq çalışıb.
Expressbankın Maliyyə departamentinin yeni direktoru Emil Hüseynli “Akdeniz” Universitetində Biznesin təşkili vəidarəedilməsi ixtisası üzrə ali təhsil alıb. O, karyerasına 2015-ci ildə “Dəmirbank” ASC-də başlayıb. Burada maliyyə nəzarəti, hesabatlıq və təhlil, büdcə və planlaşdırma, eləcə də maliyyətəhlili istiqamətlərində çalışıb.
2018-ci ildə “Expressbank” ASC-də fəaliyyətə başlayan Emil Hüseynli Bankın Maliyyə departamentində büdcə və maliyyənəzarəti üzrə müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildə “Kapital Bank” ASC-də analitika istiqamətində fəaliyyətini davametdirən Emil Hüseynli həmin ildən 2026-cı ilin avqustunadək“Unibank” ASC-də Maliyyə menecmenti departamentininMaliyyə effektivliyinin idarəedilməsi şöbəsinin müdirivəzifəsində çalışıb.
Yeni təyinatların Bankın müştəri xidmətlərinin və maliyyəidarəetməsinin inkişafına, eləcə də strateji hədəflərinin həyatakeçirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
2026-cı ilin ilk 7 ayında 10 minə yaxın avadanlığın mülki dövriyyəsinə xüsusi icazə verilib