02 sentyabr 2026 09:19
90

Tramp G20-nin maliyyə nazirlərinin görüşünü pozitiv adlandırıb

ABŞ Prezidenti Donald Tramp G20 maliyyə nazirlərinin Eşvil (Şimali Karolina ştatı-red) şəhərində keçirilən görüşünü məhsuldar və pozitiv adlandırıb.

“İki sahil” xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Bu gün Eşvil şəhərində keçirilən G20-nin maliyyə nazirlərinin görüşündə çox məhsuldar və müsbət məsləhətləşmələr aparılıb", - Tramp yazıb.

ABŞ Prezidentinin fikrincə, Amerika iqtisadiyyatı ən böyük və ən yaxşıdır. O, hesab edir ki, digər ölkələr də ABŞ-nin nümunəsini izləməkdən, o cümlədən vergilərin azaldılmasından, qaydaların yumşaldılmasından və neft hasilatının artırılmasından faydalanacaqlar.

G20-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü 31 avqust - 1 sentyabrda baş tutub.