01 sentyabr 2026 20:56
136

Ermənistan və ABŞ nümayəndələri TRIPP-in həyata keçirilməsi çərçivəsində Sünikə səfər ediblər

Ermənistan və ABŞ nümayəndələri "Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində yolun Ermənistan hissəsinin tikintisinin davam etdiyi Sünik vilayətinə birgə səfər ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə "TRIPP Armenia" "Facebook"da məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndələri, ABŞ-nin müvəqqəti işlər vəkili Devid Allen və Dövlət Departamentinin Siyasi planlaşdırma şöbəsinin baş məsləhətçisi Conatan Askonas iştirak ediblər.

Səfər çərçivəsində iki ölkənin nümayəndələri regional qarşılıqlı əlaqələrin gücləndirilməsi və yeni iqtisadi imkanların yaradılması üzrə TRIPP-in imkanlarını müzakirə etmək üçün yerli özünüidarəetmə orqanlarının və icmaların nümayəndələri ilə görüşlər keçiriblər.

"Bu səfər Ermənistan və ABŞ-nin Cənubi Qafqazda sülhün, rifahın və qarşılıqlı əlaqələrin təmin edilməsinə ümumi sadiqliyini əks etdirir", - məlumatda qeyd olunub.

Müəssisənin məlumatına görə, tərəflər həmçinin Mehri rayonunda TRIPP marşrutuna daxil olan ərazilərə də baş çəkəcəklər.