31 avqust 2026 21:55
112

Elgiz Kərəmli "Sabahın Ulduzları" yarışını izləyib


Futbol üzrə Azərbaycan U-19 milli komandanın baş məşqçisi Elgiz Kərəmli Bayıl stadionunda olub.
O, BFF prezidenti Tahir Süleymanov və yarışların baş sponsoru, "Alpex" şirkətinin rəhbəri Sərdar Salmanzadə ilə birlikdə "Sabahın Ulduzları" yarışını izləyib. Daha sonra onlar  yarışların təşkili, mövcud şərait, uşaq futbolunun gələcəyi barədə fikir mübadiləsi aparıblar.