31 avqust 2026 21:47
112

"Neftçi" xorvatiyalı futbolçu transfer etdi

"Neftçi" növbəti transferini rəsmiləşdirib.

“İki sahil” xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. “Ağ-qaralar” xorvatiyalı Viçko Şevel ilə 3 illik müqavilə bağlayıb. 25 yaşlı futbolçu 88 nömrəli formanı geyinəcək.

Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.

Qeyd edək ki, sonuncu komandası “Dandi Yunayted”lə ötən mövsüm ümumilikdə 40 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. 2026/27 mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya Liqa Kubokunda isə 5 matçın hamısında forma geyinib.