“ASAN Könüllüləri” Təşkilatının “Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik” təlim proqramı başa çatıb. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Məqsəd iştirakçıların rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarını artırmaq, müasir texnologiyalarla bağlı məlumatlılıqlarını genişləndirmək olub.
Proqram çərçivəsində müasir texnoloji trendlər, ''ASAN xidmət”də tətbiq olunan innovativ və rəqəmsal həllər, süni intellektin tətbiq imkanları, alətlərdən səmərəli istifadə, kibertəhlükəsizliyin əsas prinsipləri barədə məlumat verilib.
İştirakçıların bilikləri imtahan vasitəsilə qiymətləndirilib, bütün mərhələləri uğurla tamamlayanlara sertifikat və hədiyyələr təqdim olunub.
Qazaxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb
Mələk Bağırova ABŞ-də beynəlxalq innovasiya festivalında Milli Aviasiya Akademiyasını uğurla təmsil edib
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib