31 avqust 2026 12:02
135

Pensiyalar artırılacaq - Vüqar Bayramov

“Ölkəmizdə pensiyalar artırılacaq”.

“İki sahil” xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Deputat fikirlərini belə əsaslandırıb ki, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği 10,5 faiz artaraq 594 manata çatıb: “Bu məbləğ orta aylıq əməkhaqqının 51 faizi deməkdir. Həmin dövrdə pensiyanın orta məbləği yaşa görə 10,2 faiz, əlilliyə görə 10,5 faiz, ailə başçısını itirməyə görə isə 10,3 faiz artıb.

Pensiyaların orta məbləğindəki artım daha çox bu ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu isə orta pensiya məbləğinə təsir göstərib.

“Əmək pensiyaları” haqqında Qanuna əsasən, bütün növ əmək pensiyalarının növbəti dəfə indeksləşdirilərək artırılması gələn yanvar ayında reallaşacaq. Bu zaman 2026-cı ildəki orta aylıq əməkhaqqıdakı rəsmi artım faizinə uyğun olaraq pensiyalar da artırılacaq. Pensiya artımları bir milyon yüz min vətəndaşımızı əhatə edir”.