30 avqust 2026 20:58
108

Girne sahillərində gəminin batması ilə bağlı 8 nəfər saxlanılıb

Şimali Kiprin Baş naziri Ünal Üstel Girne sahillərində batan sərnişin gəmisi ilə bağlı apardıqları istintaq çərçivəsində gəmi kapitanı və 7 əməkdaşın saxlanıldığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Daha əvvəl Şimali Kiprin Prezidenti Tufan Erhürman gəmi qəzası ilə bağlı istintaqın başladıldığını bildirib.

Xatırladaq ki, Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzasında 7 nəfər həyatını itirib, 237 nəfər xilas olunub. Xilas olunanlar arasında iki Azərbaycan vətəndaşı da var. Hazırda 23 nəfərin axtarışları davam edir.