30 avqust 2026 15:25
103

Çexiyada təyyarə qəzası olub, ölən var

Çexiyanın şimalındakı Semili rayonunun Vşen kəndindəki hava limanında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“İki sahil” "Idnes"ə istinadən xəbər verir ki, bu barədə bazar günü polisin mətbuat katibi İvana Balakova bildirib.

Məlumata görə, təyyarə şənbə axşamı havaya qalxdıqdan təxminən 10 saniyə sonra yerə düşüb və alovlanıb.

"İki nəfərlik yüngül mühərrikli təyyarədə tək olan pilot təəssüf ki, həlak olub", - o qeyd edib.

Qəzanın səbəbi araşdırılır.