30 avqust 2026 15:11
101

Şimali Kiprdə 260 sərnişini daşıyan gəmi batıb

Şimali Kiprin Girnə şəhəri yaxınlığında 260 nəfəri daşıyan sərnişin gəmisi batıb.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, gəmi sahildən təxminən 4 mil (təxminən 6.44 kilometr) aralıda batıb.

Hazırda xilasetmə qrupları tərəfindən axtarış-xilasetmə işləri aparılır.

Hadisənin səbəbi və sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.