30 avqust 2026 01:18
93

Sabirabadda iki yaşlı uşaq hovuzda boğularaq ölüb

Sabirabad rayonunda iki yaşlı uşaq hovuzda boğularaq ölüb.

Hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.

Kənd sakini, 2024-cü il təvəllüdlü E. Q. valideyn nəzarətindən yayınaraq həyətdəki hovuza düşüb. Nəticədə o boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Report"