29 avqust 2026 23:10
105

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhərin Köhnə Yaşayış Massivi adlanan ərazisində "Hyundai" markalı yük maşını və "Xəzər" markalı minik avtomobil toqquşub.

Hadisə zamanı 1 nəfər ölüb, 1-i isə xəsarət alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC