29 avqust 2026 22:22
102

Dünya Seriyasının IV mərhələsində 7 medal

Bu gün Bakıda keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi başa çatıb.

“İki sahil” xəbər verir ki, “Sea Breeze” istirahət mərkəzində təşkil edilən yarışda 6 güləşçimiz fəxri kürsüyə qalxıb. Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qızıl, Nərgiz Səmədovayla (60 kq) Sahib Dadaşov (80 kq) gümüş, Cavid Niftəlizadə (80 kq) və Ramiz Həsənov (90 kq) isə bürünc medal qazanıb.

Kişilərdən ibarət millimiz 84 xalla komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (62) ikinci, Ukrayna (45) isə üçüncü pillədə qərarlaşıb. Qadın komandamız 40 xalla 2-ci olub. Ukrayna 100 xalla birinci, İspaniya isə 24 xalla üçüncü yeri tutub.

Kişilər

70 kq
1. Oleksey Boruta (Ukrayna)
2. Konstantin Topşinoyev (Rusiya)
3. Levan Kelexsaşvili (Gürcüstan)

80 kq
1. Vüsal Əliyev (Azərbaycan)
2. Sahib Dadaşov (Azərbaycan)
3. Cavid Niftəlizadə (Azərbaycan)

90 kq
1. Əşrəf Aşırov (Azərbaycan)
2. Evsem Şvelidze (Gürcüstan)
3. Ramiz Həsənov (Azərbaycan)

+90 kq
1. Camal Feyziyev (Azərbaycan)
2. Vaja Dayauri (Ukrayna)
3. Mamuka Kordzaya (Gürcüstan)

Qadınlar

50 kq
1. Viktoriya Slobodenyuk (Ukrayna)
2. Ana Mariya Rotaru (Rumıniya)
3. Diana Risova (Ukrayna)

60 kq
1. Oksana Moskalova (Ukrayna)
2. Nərgiz Səmədova (Azərbaycan)
3. Lidiya Torino (İspaniya)

70 kq
1. Olena Nikitinska (Ukrayna)
2. Qalina Olekseyvska (Ukrayna)
3. İrina Rinqaçi (Moldova)

+70 kq
1. Darya Konstantinova (Ukrayna)
2. Eliana Bommarito (ABŞ)
3. Mariya Zenkina (Ukrayna)

Qeyd edək ki, ilk dəfə ölkəmizdə keçirilən bu yarışda 14 ölkədən 55 güləşçi mübarizə aparıb. Dünya Seriyasının final mərhələsi 26-27 sentyabrda Yunanıstanın Katerini şəhərində keçiriləcək. Həmin yarışda bütün mərhələlər üzrə toplanan xallara əsasən dünya çempionları müəyyənləşəcək.