“Kəpəz" futbol klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib.
“İki sahil” xəbər verir ki, klubun Media və Marketinq departamentinin direktoru vəzifəsində dəyişiklik baş verib.
Bu vəzifəyə tanınmış idman jurnalisti Aqşin Əliyev gətirilib. O, bu vəzifədə Gəray Qiyasovu əvəzləyib.
Jurnalist fəaliyyətinə "525-ci qəzet"də başlayan Aqşin Əliyev daha sonra "Neftçi" və MOİK klublarında da fəaliyyət göstərib.
