Azərbaycan Alpinizm Federasiyasının idman dırmanması üzrə böyüklərdən ibarət milli komandasının üzvləri Fransanın Laval şəhərində keçiriləcək Avropa çempionatında (sürət və çətinlik növləri) iştirak edəcəklər.
28–30 avqust tarixlərində keçiriləcək yarışda Azərbaycanı Çingiz Tağızadə, Leyla Əhmədova və Sima Səfərova təmsil edəcəklər. İdmançılar sürət (Speed) və çətinlik (Lead) dırmanması növlərində qüvvələrini sınayacaqlar.
Azərbaycan komandasına yarışda Aysel Sultanova rəhbərlik edəcək.
Avropanın ən nüfuzlu yarışlarından biri olan çempionat idmançılarımız üçün beynəlxalq səviyyədə təcrübə toplamaq və öz bacarıqlarını nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizə başa çatıb