İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə avqust sayını təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, cari ilin iyul ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 384,8 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 123 milyon ABŞ dollarına bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 26 faiz artaraq 261,8 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,6 dəfə, pambıq ipliyi 81,9%, bitki və heyvan mənşəli piylər və yağlar 39,5%, alüminium və ondan hazırlanan məmulatlar 39,4%, pambıq lifi 24,9 %, qara metallar və onlardan hazırlanan məmulatlar 23,3%, çay 19,5%, meyvə-tərəvəz 16,4%, spirtli və spirtsiz içkilər isə 3,0% artıb.
2026-cı ilin yanvar-iyul aylarında aqrar məhsullar üzrə ixrac 22,1% artaraq 673,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 24,8% artaraq 223,1 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8% artaraq 896,4 milyon ABŞ dollarına bərabər olub.
Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (239,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (172 milyon ABŞ dolları) ikinci, mis filizləri və konsentratları (152 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin iyul ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı, nektarinlər daxil olmaqla (46,8 milyon ABŞ dolları) birinci olub.Bu siyahıda qızıl (37,2 milyon ABŞ dolları) ikinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər məhsullar (28,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-iyul aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 731,7 milyon ABŞ dolları, Türkiyəyə 390,6 milyon ABŞ dolları, Gürcüstana 328,1 milyon ABŞ dolları, İsveçrəyə 251,6 milyon ABŞ dolları, Ukraynaya isə 85 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-cı ilin iyul ayında Rusiya Federasiyasına 135,5 milyon ABŞ dolları, Gürcüstana 48,3 milyon ABŞ dolları, Türkiyəyə 39,8 milyon ABŞ dolları, İsveçrəyə 37,7 milyon ABŞ dolları, İspaniyaya isə 19,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2026-cı ilin yanvar-iyul ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Prime Export" MMC, "Tabaterra" MMC, "Vvest Stream" MMC, "Agrarco" MMC, "Silk Way Aviaşirkəti" MMC və "Afa Export" MMC.
Qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "Azergold" QSC, "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərenerji" ASC, "Naxçıvan Enerji" MMC və "Socar Cape" MMC.
2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 35 ölkəsindən olan 95-ə yaxın şirkətə telekommunikasiya xidmətləri göstərilib. Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir.
"Azərkosmos" tərəfindən dünyanın 35 ölkəsindən olan 95-ə yaxın şirkətə 15,2 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərilib. Bu dövr ərzində formalaşan ümumi gəlirlərin 62 faizini ixrac əməliyyatları təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,9 milyon ABŞ dolları ilə Lüksemburq, 730,3 min ABŞ dolları ilə Türkiyə, 669,3 min ABŞ dolları ilə Pakistan və 382,5 min ABŞ dolları ilə Misir qərarlaşıb.
“Azərpoçt” Çində transsərhəd poçt daşımaları üzrə beynəlxalq təlimdə iştirak edir
Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəkistanda silsilə tədbirlər çərçivəsində təqdim olunub
Auditorlar Palatasının 30 illik inkişaf yolu və iqtisadi sistemdə yaratdığı dəyər - ÖZƏL/TƏHLİL
Qlobal rəqəmsal xidmət təchizatçılarının Azərbaycanda ƏDV qeydiyyatı davam edir