26 avqust 2026 21:54
135

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya səfər edəcək.

“İki sahil” xəbər verir ki, o, Qoşulmama Hərəkatının Serbiyanın paytaxtı Belqrad şəhərində 31 avqust - 1 sentyabr tarixlərində keçiriləcək konfransında Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, toplantı 1961-ci il sentyabrın 1-də Serbiyanın paytaxtında keçirilmiş Qoşulmama Hərəkatının ilk Konfransının 65-ci ildönümünə həsr olunacaq.