Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ötən gecə vəfat edib.
Bu barədə jurnalistin yaxınları məlumat veriblər.
T. Qasımova bir neçə il idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib. N.Qasımova jurnalistika sahəsindəki xidmətlərinə görə Həsən bəy Zərdabi mükafatı və digər media mükafatlarına layiq görülüb. 2020-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Trend