Bitkoin bahalaşmaqda davam edir, həftəni diqqətəlayiq artımla başa vurur və mayın ortalarından bəri ən yüksək səviyyəyə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə "İnterfaks" rəqəmsal valyutaların mübadiləsi üzrə "Kraken" onlayn xidmətinin məlumatlarına istinadən bildirib.
Bakı vaxtı ilə saat 18:54-ə olan məlumata görə, kriptovalyutanın qiyməti 6,3% artaraq 77 243 ABŞ dolları təşkil edib. Həftənin əvvəlindən bitkoin 23% bahalaşıb.