17 avqust 2026 16:08
137

İtaliya İspaniya ilə Şengen rejiminin bərpasını təxirə salır

İtaliya hökuməti Seutadakı miqrasiya böhranından sonra İspaniya ilə sərbəst hərəkətə dair Şengen sazişinin fəaliyyətinin bərpa edilməsi barədə qərarı hələlik təxirə salır.

“İki sahil” xəbər verir ki,  "La Repubblica" qəzetinin yazdığına görə, İtaliya Daxili İşlər Nazirliyi mövcud vəziyyət və risklər barədə xüsusi xidmət orqanlarının yeni məruzəsini gözləyir.

Əvvəlcə Şengen rejiminin dayandırılmasının Şimali Afrikada Mərakeşlə həmsərhəd olan İspaniyanın Seuta muxtar şəhərinə miqrant axınının ikinci dalğasının gözlənildiyi avqustun 15-dək davam edəcəyi bildirilirdi. Lakin indiyədək şəhərə keçmək üçün edilən bütün cəhdlərin qarşısı alınıb. Qəzetin qeyd etdiyinə görə, Roma sərbəst hərəkəti bərpa etməli olacaq, lakin bunun cavab tədbiri olaraq sərhəd nəzarəti tətbiq edən Madridlə qarşılıqlı əsasda həyata keçirilməsini istəyir. Diplomatik xətlə kontaktlar davam edir, lakin sosialist Pedro Sançesin hökuməti italyanlı tərəfdaşların davranışından və həmrəylik göstərməməsindən kifayət qədər qıcıqlanıb.

Bir qədər əvvəl İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayani Seutadakı miqrasiya dalğasının Avropa üçün terror riskləri daşıya biləcəyini istisna etməmişdi. Müsahibələrinin birində o, İtaliyanın miqrasiya problemləri səbəbindən qonşu Sloveniya ilə də Şengen sazişini iki ildən artıq müddətə dayandırdığını xatırladıb.