16 avqust 2026 17:01
100

Keyt Duqlass 50 metr məsafəyə sərbəst üsulla üzmədə dünya rekordunu yeniləyib

İkiqat olimpiya çempionu Keyt Duqlass 50 metr məsafəyə sərbəst üsulla üzmədə dünya rekordunu yeniləyib.

“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, ABŞ təmsilçisi İrvaynda keçirilən Sakit Okean Regionunun Çempionatında bir gün ərzində 2 dəfə rekorda imza atıb.

O, təsnifat mərhələsində məsafəni 23,49 saniyəyə qət edərək Qrethen Uolşun nəticəsini 0,06 saniyə üstələyib.

İdmançı finalda 23,19 saniyə göstərici ilə qalib gələrək öz rekordunu da yaxşılaşdırıb.

Qeyd edək ki, 24 yaşlı K.Duqlass 2026-cı ilin iyununda İndianapolisdəki turnirdə də bu məsafəni 23,59 saniyəyə qət edərək isveçli Sara Şöströmə məxsus dünya rekordunu 0,02 saniyə təzələmişdi.