Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib.
“İki sahil” Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsinə istinadla xəbər verir ki, avqustun 16-na keçən gecə Moskva bölgəsində baş verən genişmiqyaslı dron hücumundan sonra Wildberries logistika mərkəzi bağlanıb. Bu, “Wildberries” şirkətinin 250 min kvadratmetr sahəni əhatə edən ən böyük anbarı idi.
Məlumata görə, Ukrayna “Wildberries” şirkətinin 10 ən böyük logistika mərkəzindən yeddisini sıradan çıxarıb.
İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır
Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb