Fransanın Land departamentində başlayan meşə yanğını təxminən 1300 hektar ərazini əhatə edib.
“İki sahil” xəbər verir ki, hazırda alovun intensivliyi azalsa da, yanğınla mübarizə davam edir.
Landes prefekti Jil Klavrelinin sözlərinə görə, təhlükəsizlik məqsədilə təxminən 550 nəfər təxliyə edilib. Onların böyük hissəsi Sabr kommunasına yerləşdirilib.
Land Yanğınsöndürmə və Xilasetmə Xidmətinin rəhbəri Arno Faber bildirib ki, yanğının qarşısı müəyyən qədər alınıb, gecə saatlarında temperaturun aşağı düşməsi və havanın rütubətinin artması yanğının intensivliyinin azalmasına kömək edib.
Təxminən 550 yanğınsöndürən alovla mübarizəyə cəlb olunub və əlavə qüvvələr də əraziyə göndərilib. Yanğınsöndürmə əməliyyatlarına ilk dəfə Avstraliyanın helikopteri də cəlb edilib.
Yanğının səbəbi hələlik müəyyən olunmayıb.